AZ

“Eltacın yığdığı pulla küçəyə asfalt salındı...” - Video

Ajans.az xəbər verir ki, bununla bağlı mərhumun bacısı sosial şəbəkədə paylaşım edib. Onun sözlərinə görə, Eltacın yaxınları, onu sevənlər həmin küçəni “Eltac yolu” adlandırırlar: “Eltac pul yığmışdı, özünə qismət olmadı. Onun pulu ilə küçəyə asfalt salındı. Eltacın səsi təkcə xatirələrdə deyil, indi addım atdığımız bu yolda yaşayır. Bəziləri sözlərlə xatırlanar, bəziləri əməlləri ilə... Eltac küçəyə yalnız asfalt yox, böyük iz qoydu. İndi bu yola hər kəs “Eltac yolu” deyir, illərlə belə deyiləcək. Səninlə hər zaman qürur duymuşuq, Eltacım”. 

Qeyd edək ki, noyabrın 21-i Binəqədi rayonu Biləcəri qəsəbəsində “Lake Hotel” restoranının yaxınlığında oranın 4 əməkdaşını dəmir konstruksiyalı pilləkən apararkən cəryan vurub. Nəticədə Emil Quliyev (2005), Əkbər Zeynalov (2007), Cavidan Muradov (1998) və Eltac Əliyev (2006) vəfat ediblər. (mənbə: qafqazinfo)

Seçilən
28
6
Ajans.az

10Mənbələr