AZ

"Qarabağ"ın U-19 komandası "Ayaks"a böyük hesabla uduzdu

style='margin-bottom:10px;'>

Bu gün "Qarabağ"ın U-19 komandası UEFA Gənclər Liqasının Liqa mərhələsində sonuncu - 6-cı tur matçına çıxıb.

QOL.az xəbər verir ki, Ağdam təmsilçisi evdə "Ayaks"ı qəbul edib.

"Azərsun Arena"da keçirilən oyun Niderland təmsilçisinin 8:0 hesablı qələbəsi ilə başa çatıb.

Əlavə edək ki, əvvəlki 5 oyunun hamısında uduzan "Qarabağ"ın U-19 komandası sonuncu - 36-ci yeri tutur. "Ayaks" isə 10 xalla 13-cüdür. Cədvələ 16 xala malik "Çelsi" liderlik edir. 

UEFA Gənclər Liqası, 6-cı tur

14:00. "Qarabağ" U-19 — "Ayaks" U-19 - 0:8

Hakimlər: Marton Ruş, Gerqo Viq-Tarsonyi, Balaş Şalay, Cavid Cəlilov

"Azersun Arena"

Seçilən
34
3
teleqraf.com

5Mənbələr