AZ

Mövcud münasibətlər Azərbaycanın Avropaya inteqrasiya xəttinə tam uyğun gəlir - Kamaləddin Qafarov

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Slovakiyayarəsmi səfəri iki ölkə arasında strateji tərəfdaşlığın artıqkonseptual mərhələdən çıxaraq praktik və dayanıqlı əməkdaşlıqmodelinə çevrildiyini bir daha nümayiş etdirdi.

Bu sözləri Trend-ə MilliMəclisin deputatı Kamaləddin Qafarov deyib.

Onun fikrincə, Prezidentlər İlham Əliyev və Peter Pelleqrinininmətbuata bəyanatları göstərdi ki, tərəflər münasibətləri sadəcədiplomatik etiketi qorumaq üçün deyil, real geosiyasi maraqlarınuzlaşdığı, qarşılıqlı etimadın maksimum səviyyədə formalaşdığı birmüstəvidə inkişaf etdirirlər. “Prezident İlham Əliyevin “Slovakiyavə Azərbaycan, sözün əsl mənasında, dost ölkələrdir və stratejitərəfdaşlardır” fikri təsadüfi bəyanat deyil, son illərdə imzalanansənədlərin və həyata keçirilən layihələrin məntiqi nəticəsidir.Xüsusilə ötən il imzalanmış Strateji Tərəfdaşlıq haqqında BirgəBəyannamə əlaqələri yalnız siyasi deyil, iqtisadi, enerji vətəhlükəsizlik müstəvilərində də ən yüksək səviyyəyə qaldırdı.Prezident İlham Əliyevin vurğuladığı kimi, bu sənəddən sonraəməkdaşlığın bütün istiqamətlərində dinamika kəskin şəkildə artdıvə bu gün tərəflər sözdə deyil, əməldə strateji tərəfdaşlıq nümayişetdirirlər. Bu, həm Azərbaycanın Avropaya inteqrasiya xəttinə, həmdə Slovakiyanın Cənubi Qafqaz regionunda etibarlı tərəfdaşaxtarışına tam uyğun gəlir”.

Fikirlərini davam etdirən millət vəkili daha sonra bildirib ki,Slovakiya Prezidenti Peter Pelleqrininin səsləndirdiyi fikirlərqarşılıqlı siyasi iradənin təkcə Bakıda deyil, eyni zamanda,Bratislavada da prioritet səviyyədə olduğunu nümayiş etdirdi:“Prezident Pelleqrininin “Slovakiya Azərbaycanı regionda stratejiəhəmiyyətə malik tərəfdaş hesab edir” sözləri AzərbaycanınAvropanın enerji təhlükəsizliyində oynadığı rolun yüksəkqiymətləndirilməsinin göstəricisidir. Bu kontekstdə Prezident İlhamƏliyevin enerji təhlükəsizliyi haqqında verdiyi bəyanat xüsusiəhəmiyyət daşıyır: Azərbaycanın qaz ixrac etdiyi ölkələrin sayının14-ə çatması, həmçinin boru kəmərləri ilə qaz ixracında birinciyerə çıxması artıq ölkəmizin qlobal enerji xəritəsində aparıcıoyunçuya çevrildiyini sübut edir. Yeni yataqların işə düşməsi iləSlovakiyaya və onun qonşularına qaz tədarükünün artırılmasıperspektivi Azərbaycanın Avropa üçün yalnız bu günün deyil, həm dəyaxın onilliklərin etibarlı enerji tərəfdaşı olaraq qalacağınıgöstərir. Bu səfər bir daha sübut etdi ki, Bakı–Bratislava xəttitəkcə siyasi dialoq deyil, Avropanın enerji təhlükəsizliyinə vəregional sabitliyə real töhfə verən strateji xəttdir və Azərbaycanbu əməkdaşlığın mərkəzində duran əsas aparıcı qüvvədir” .

Məqalədə:
Seçilən
61
14
az.trend.az

10Mənbələr