Gəncədə 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal"ın məlumatına görə, hadisə şəhərin S.Əliyev küçəsində qeydə alınıb. Hərəkətdə olan QAZEL markalı yük maşını yol kənarında dayanan "Mercedes" markalı minik avtomobilinə arxadan çırpılıb. Zərbənin təsirindən Qazel idarəetmədən çıxaraq yol kənarındakı ağaca dəyib. Qəza zamanı 1984-cü il təvəllüdlü M.Məsimov və 1982-ci il təvəllüdlü V.Əliyev xəsarət alıb.
Xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib. Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.
Fakt araşdırılır.
Tural Əhmədov