Sankt-Peterburqun Nevski rayonundakı Pravoberejnıy bazarında yanğın baş verib.
"Unikal" xəbər verir ki, baş verən yanğın nəticəsində iki nəfər xəsarət alıb. Onlar 52 yaşlı qadın və kişidir. Məlumata görə, qadın dəm qazından zəhərlənib, kişi isə alovdan qaçmaq üçün binanın ikinci mərtəbəsindən tullanarkən xəsarət alıb.
Onların həyatı üçün təhlükə yoxdur.