
İranın Zahidan şəhərinin Lar bölgəsində SEPAH-a məxsus avtomobillərə silahlı hücum edilib.
Missiya.Az xəbər verir ki, bu barədə “Halvəş” Teleqram kanalı məlumat yayıb.
Bildirilib ki, hücum zamanı bölgədə fəaliyyət göstərən əməliyyat bölməsinin komandiri də daxil olmaqla bir neçə SEPAH zabiti ölüb.
SEPAH-a yaxınlığı ilə tanınan “Fars News” agentliyi isə insident nəticəsində ən azı 3 zabitin öldürüldüyünü açıqlayıb.
Qeyd olunub ki, hücumu törədənlərin kimliyi və itkilərin yekun sayı hələlik rəsmi şəkildə təsdiqlənməyib.
Daşqın HəsənovMissiya.Az