AZ

Bakıda yanğında çarəsiz qalan qadını polis əməkdaşları xilas etdi

Ötən gün paytaxtın Pirallahı rayonu ərazisində yerləşən bir evdə yanğınla bağlı görüntülər yayılıb.

Ekologiya.az bildirir ki, yanğın vaxtı həmin ərazidə xidmət aparan DYP əməkdaşları təcili müdaxilə ediblər.

Yanğın zamanı polis əməkdaşları mənzilə daxil olaraq köməksiz vəziyyətdə qalan fiziki məhdudiyyətli qadını xilas ediblər.

Hadisə yerinə təcili tibbi yardım və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları da cəlb olunublar. Yanğın söndürülüb.

Seçilən
26
15
ekologiya.az

10Mənbələr