Ajans.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Almaniyaya rəsmi səfəri zamanı bildirib. Paşinyanın sözlərinə görə, hazırda Ermənistan ABŞ tərəfi ilə layihənin ümumi şərtləri üzrə intensiv danışıqlar aparır. O bildirib ki, "TRIPP Company" adlı yeni qurum dəmir yolu və avtomobil yolu infrastrukturu, neft və qaz boru kəmərləri, eləcə də fiber-optik rabitə xətlərinin inkişafı üçün səlahiyyətə malik olacaq. “Layihənin mərhələli şəkildə icrasına gələn il başlayacağıq”, — Paşinyan vurğulayıb. Xatırladaq ki, 8 avqustda Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş paraflanıb. Həmin gün Azərbaycan, Ermənistan və ABŞ liderləri birgə bəyanat imzalayaraq TRIPP layihəsini dəstəklədiklərini açıqlamışdılar.