AZ

İranda insident oldu, 3 SEPAH üzvü öldürüldü


İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) Quru Qoşunlarının üç üzvü öldürülüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İranın dövlət mediası məlumat yayıb.
Hadisə Zahidan yaxınlığındakı cənub-şərq sərhədində Sistan-Bəlucistan əyalətinə yaxın ərazidə silahlı qruplarla toqquşma zamanı baş verib.
Öldürülən SEPAH üzvləri korpusun Qüds Baza bölməsinin tərkibində yer alıb.
Dövlət mediası təqib əməliyyatlarının davam etdiyini bildirsə də, hələlik hadisənin təfərrüatları ilə bağlı məlumat verməyib.
Seçilən
29
yeniavaz.com

1Mənbələr