AZ

Şəkəri rasiondan çıxarsaq bədəndə nə baş verər?

Gündəlik rasiondan şəkərin çıxarılması qısa müddətdə belə bədəndə nəzərəçarpan dəyişikliklər yaradır.


Pravda.az bildirir ki, əlavə şəkərin azaldılması həm maddələr mübadiləsinə, həm də ümumi sağlamlığa müsbət təsir göstərir.


Həkimlər qeyd edir ki, şəkər istehlakının azalması iltihabı aşağı salır, ürək-damar sağlamlığını dəstəkləyir və enerji səviyyəsini stabilləşdirir. Şəkəri buraxdıqdan sonra bir neçə həftə ərzində iştahanın tənzimləndiyi, şişkinliyin azaldığı və bədən çəkisinin tədricən düşdüyü müşahidə oluna bilər.


Mütəxəssislərin sözlərinə görə, şəkərin azaldılması dəri keyfiyyətinə də müsbət reaksiya verir. Qan şəkəri səviyyəsinin stabilləşməsi sızanaq riskini azaldır və dərinin daha parlaq görünməsinə kömək edir. Eyni zamanda, diş sağlamlığı yaxşılaşır və kariyes ehtimalı azalır.


Qeyd: Şəkəri birdən-birə tərgitdikdə ilk günlərdə baş ağrısı, halsızlıq və şirniyyata istək güclənə bilər. Lakin bu vəziyyət orqanizm uyğunlaşdıqca qısa müddətdə keçib gedir.


Mütəxəssislər tövsiyə edir ki, rasionda əlavə şəkər minimuma endirilsin, şirin içkilər əvəzinə su və təbii içkilər seçilsin və enerjini sağlam mənbələrdən — meyvə, tam taxıl və proteinlərdən almaq vərdiş halına gətirilsin.


Əminə Bayramova 

Tarix: 10 Dekabr 2025, 16:35   
Seçilən
43
pravda.az

1Mənbələr