Sherg.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
"Avropa İttifaqı (Aİ) Rusiyanın dondurulmuş aktivlərinə həbs qoyulması məsələsini həll etmək üçün dekabrın18-nə planlaşdırılan sammiti daha iki gün uzatmağa hazırdır".
Oxu.Az "Politico" nəşrinə istinadən xəbər verir ki, bu fikri Aİ prezidenti Antonio Koşta səsləndirib.
Nəşr iddia edir ki, Rusiyanın aktivlərinə görə A.Koşta Aİ-nin "qızıl qaydalar"ından kənara çıxa bilər. Belə addımın çox nadir hallarda atıldığı vurğulanır.
Məlumata görə, sammitə qədər Aİ səfirlərinin iştirakı ilə üç görüş keçiriləcək. Rusiya aktivlərinin daimi dondurulması təkliflərinin diqqətlə nəzərdən keçiriləcəyi qeyd olunur.
"Politico" yazıb ki, diplomatlar risklərə görə Rusiya aktivlərinin ələ keçirilməsinə qarşı çıxan Belçikanı da razı salmağa çalışırlar.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.