Aktrisa Pərvin Abıyeva açıqlaması ilə diqqət çəkib.
Bizim.Media xəbər verir ki, aktrisa canlı yayımda şəxsi həyatı ilə bağlı sualları cavablandırıb.
Pərvin ailə qurmağa hazırlaşdığını deyib:
"Namizədim var... İnanmazsınız, amma var. Deyəsən, toy olacaq".
Aktrisa həyatında olan bəylərlə nişanlandığını etiraf edib:
"Ömrüm nişanlı ola-ola keçib. Hər gələn evlənmək adıyla nişanlanıb, sonra gedib. Hamısı ilə nişanlı olmuşam. Hamısından üzüyüm var. Bundan sonrakına deyəcəyəm mənə üzük vermə, düşmür". (Axsam.az)
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta