AZ

Ramiz Mehdiyev əlindəki rıçaqlardan istifadə edərək keçmiş səfirdən qisas alıb

Prezident Administrasiyasının (PA) keçmiş rəhbəri, AMEA-nın sabiq prezidenti Ramiz Mehdiyev uzun müddət Azərbaycanın vaxtı ilə Türkiyənin Qars, İstanbul şəhərlərində baş konsulu, bir neçə ölkədə səfiri olmuş Həsən Zeynalova düşmənçilik münasibəti bəsləyib. Mehdiyev əlindəki rıçaqlardan istifadə edərək onu “vurmağa” çalışıb, iqtidar mediasına çıxışını əngəlləyib, onunla isti münasibətlərdə olan hakim partiyanın rəhbər şəxslərini cəzalandırıb.

Publika.az Azpolitika.az-a istinadla xəbər verir ki, R.Mehdiyevin H.Zeynalova qarşı qəzəbi çox “məhrəm” məsələ ilə bağlı imiş. Mənbə qeyd edir ki, hələ 90-cı illərdən H.Zeynalovun “boz kardinal”a biət etməməsi PA rəhbərində qıcıq yaradıb. Onun müxtəlif dövlət vəzifələrinə irəli çəkilməsinə mane olub. H.Zeynalov 12 il ərzində (1992-2004-cü illər) Naxçıvan MR-in Bakıdakı daimi nümayəndəsi olub.

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Həsənoğlu 2020-ci ildə “Yeni Müsavat” qəzetinə müsahibəsində Mehdiyevin H.Zeynalova qarşı necə aqressv olduğunu belə təsvir etmişdi: “Səhv etmirəmsə, 1998-ci il idi. Tanımadığım bir nəfər qəzetə məqalə gətirmişdi. Söhbət zamanı məlum oldu ki, yazı Naxçıvanın Bakıdakı daimi nümayəndəliyinin rəhbəri Həsən Zeynalov haqqındadır. Həsən Zeynalovun 50 yaşı tamam olurdu. Hənim məqalə də onun doğum günü münasibətilə yazılıb. Mən onda Həsən Zeynalovu şəxsən tanımırdım. Yazını gətirən adam onu da əlavə etdi ki, deyim, biləsiniz, Ramiz Mehdiyevin Həsən Zeynalovdan xoşu gəlmir. Mən dedim ki, Ramiz Mehdiyev özü bilər, bizim qəzetin xəttini onun şəxsi zövqü müəyyən etmir. Məqalə qəzetin növbəti sayında dərc edildi. İnsanda nə qədər kin-kudurət olarmış. O məqaləyə görə Mehdiyev yanında xüsusi iclas keçirdi. Təbii ki, “Yeni Azərbaycan” qəzetinin adını çəkmədən, məqaləni xatırlatmadan Həsən Zeynalovu asıb-kəsdi: “Həsən Zeynalov özünü reklam elətdirir, bütün tədbirlərdə ön sırada əyləşir” və sair…”

A.Həsənoğu bu qəzəbin səbəbini belə izah edir ki, Ramiz Mehdiyev bir balaca müstəqil fikri olan, xüsusilə də Heydər Əliyevin diqqət mərkəzində olan şəxsləri sevmirdi.

“Sevmirdi” demək azdır, o, belə adamları özünün şəxsi və ideoloji düşməni hesab edirdi. Görünür, bu səbəbdən də o Həsən Zeynalovun adını da özünün qara siyahısına salmışdı. Məndə olan məlumata görə, Ramiz Mehdiyevin Həsən Zeynalova qarşı aqressiv münasibəti son günlərə kimi səngiməmişdi...”, - baş redaktor müsahibəsinə deyib.

Seçilən
43
1
publika.az

6Mənbələr