AZ

Vilson: Bu ölkənin İrandan azad olmasının vaxtı çatıb

BAKI, 10 dekabr. TELEQRAF

“İraqın İrandan azad olmasının vaxtı çatıb”.

Teleqraf xəbər verir ki, bunu ABŞ Konqresinin üzvü Co Vilson X sosial şəbəkəsində yazıb.

Konqresmen Donald Tramp administrasiyasının İraqa yönəlik siyasətini dəstəklədiyini bildirib:

“İraq davranışını dəyişsə, inkişaf etmək üçün böyük imkanlara malikdir. Konqres Donald Trampı Milli Müdafiə Səlahiyyəti Aktına yeni müddəaların əlavə edilməsində dəstəkləməyə hazırdır”.

Vilsonun sözlərinə görə, bu müddəalar ilk dəfə olaraq İraq təhlükəsizlik qüvvələrinə yardımın Bağdadın İrana bağlı silahlı qruplaşmalara dəstəyi dayandırmaq üçün real addımlar atmasına şərtləndirilməsini nəzərdə tutur.

Konqresmen əlavə edib ki, İraq dərin şəkildə İranın təsiri altına düşüb, halbuki əhalinin əksəriyyəti azad, müstəqil və Tehranın dağıdıcı təsiri olmayan bir ölkə istəyir.

“Artıq İrana bağlı qüvvələr, o cümlədən “Həşd əş-Şaabi” və ona yaxın digər silahlı qruplaşmaların İraq hökumətinin büdcəsi, Mərkəzi Bank və ya Neft Nazirliyi vasitəsilə maliyyələşdirilməsinin dayandırılmasının vaxtı çatıb. İrana və ona yaxın qruplara istənilən çirkli pul transferi və maliyyə axını da dayandırılmalıdır”, - ABŞ Konqresinin üzvü vurğulayıb.

Seçilən
69
teleqraf.com

1Mənbələr