Orta müddətli dövr ərzində dövlət mülkiyyətində saxlanılacaq dövlət müəssisələrinin siyahısında dəyişiklik edilib.
Publika.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov sərəncam imzalayıb.
Sərəncamla Heydər Əliyev adına İdman-Konsert Kompleksi, Olimpiya növləri üzrə Milli komandalar üçün Təlim-Məşq Mərkəzi MMC statusu alıb.
Bundan başqa, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin Futbol üzrə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin adı dəyişdirilərək Futbol üzrə İxtisaslaşdırılmış Uşaq-Gənclər Olimpiya Ehtiyatı Məktəbi, Gədəbəy Respublika Kompleks İdman Məktəbi "Gədəbəy rayon Respublika Kompleks Uşaq-Gənclər İdman Məktəbi adlandırılıb.