AZ

Dövlət mülkiyyətində saxlanılacaq müəssisələrin siyahısı DƏYİŞDİ

Nazirlər Kabineti ortamüddətli dövr ərzində dövlət mülkiyyətində saxlanılacaq dövlət müəssisələrinin siyahısında dəyişiklik edib.

Paralel.az xəbər verir ki , bu barədə Baş nazir Əli Əsədov sərəncam imzalayıb.

Sərəncama əsasən, Heydər Əliyev adına İdman-Konsert Kompleksi, Olimpiya növləri üzrə Milli komandalar üçün Təlim-Məşq Mərkəzi MMC statusu alıb.
 

Bundan başqa, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin Futbol üzrə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin adı dəyişdirilərək Futbol üzrə İxtisaslaşdırılmış Uşaq-Gənclər Olimpiya Ehtiyatı Məktəbi, Gədəbəy Respublika Kompleks İdman Məktəbi Respublika Kompleks Uşaq-Gənclər İdman Məktəbi adlandırılıb.


Həmçinin Respublika Olimpiya Mərkəzi "Bakı Atletika Mərkəzi" MMC, Respublika Stend Atıcılığı üzrə İdman Kompleksi isə "Bakı Atıcılıq Mərkəzi" MMC kimi fəaliyyət göstərəcək.

Seçilən
50
7
paralel.az

8Mənbələr