AZ

Mirhəsən Seyidov: “Plaşı 350 manata almışam, bunu yayanlar Neftçalanın artan gücünü işıqlandırsınlar”

“Hugo Boss Burberry” brendinin yeni bir marka olduğunu sizdən eşidirəm. Plaş yenə də əynimdədir, 3 il bundan öncə, 350 manata almışam.

Pravda.az-ın xəbərinə görə, bunu Neftçala rayon icra hakimiyyətinin başçısı Mirhəsən Seyidov bildirib.

O, plaşla bağlı məlumat yayanları Neftçalaya dəvət edib: “Gəlsinlər, Möhtərəm cənab Prezidentin yüksək diqqəti ilə rayonda artan gücü, neftçalalı zəhmətkeşlərin əldə etdiyi uğurları işıqlandırsınlar. Hesab edirəm ki, I Balıq Festivalı da uğurla həyata keçirilib, doğma rayonumuza xeyirli, uğurlu olsun”.

13

Qeyd: Sosial şəbəkələrdə və bəzi media orqanlarında M.Seyidovun plaşının “Hugo Boss Burberry” brendinə məxsus olduğu və qiymətinin təqribən 13 000 avro (25 730 azn) olduğu iddia edilib.

Seçilən
89
2
editor.az

3Mənbələr