AZ

Meymun evə hucum etdi, pensiyaçı kişini öldürdü

ain.az, Azpost saytına istinadən bildirir.

Taylandın Yala əyalətində faciə baş verib. 63 yaşlı təqaüdçü Çayphum Sae-Eng evində vəhşi makaka hücumundan sonra ölüb.

AzPost bildirir ki, bu barədə The Sun xəbər verir.

Kişi özünü metal çubuqla müdafiə etməyə çalışsa da meymun çox aqressiv olub. Meymun onu bir neçə dəfə dişləyib, ayağının bir hissəsini qoparıb. Nəticədə kişi ölüb.

Yerli sakinlərin sözlərinə görə, bu ərazilərdə makakaların aqressiv davranışı uzun müddətdir ki, problemdir. Meymunlar tez-tez evlərə yaxınlaşır, yemək götürür, əşyaları sındırır və insanlardan qorxmurlar.

Onlar insanlara yaxın olmağa öyrəşiblər. Bəzən, xüsusən də özlərini təhlükədə hiss etdikdə və ya ərazilərini müdafiə etdikdə həddindən artıq cəsarət və hücum nümayiş etdirirlər.

Faciədən bir neçə gün əvvəl həmin makaka Çayphuma hücum edərək onun çiynindən dişləyib. Polis gələndə heyvan hələ də çardaqda idi. Hadisədən sonra hakimiyyət orqanları meymunu insanlar üçün təhlükəli hesab edərək öldürmək qərarına gəliblər.

Çay Phum hadisəsi Asiyanın bir çox bölgəsində ciddi bir problemi vurğulayır. Vəhşi makaka populyasiyalarının artması, onların yaşayış yerlərinə cəsarətlə yanaşması və insanlara qarşı təcavüz hadisələri artb. Bu ərazilərdə “insan” və “vəhşi” məkan arasındakı sərhədlər yox olur, bu da faciəvi nəticələrə səbəb ola bilər.

AzPost.az

Paylaş

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
1
azpost.info

2Mənbələr