AZ

Azərbaycan Özbəkistan hərbi əməkdaşlıq planı imzalanıb

ain.az bildirir, Reyting.az portalına istinadən.

Azərbaycan və Özbəkistanın Müdafiə nazirlikləri arasında 2026-cı il üçün ikitərəfli hərbi əməkdaşlıq planı imzalanıb.

Bu barədə Reyting.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 10-da Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov dekabrın ölkədə rəsmi səfərdə olan Özbəkistan Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Viktor Mahmudov və müdafiə naziri general-leytenant Şuhrat Xalmuxamedovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Z. Həsənov Azərbaycan ilə Özbəkistan arasında həyata keçirilən ikitərəfli hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu vurğulayıb.

Özbəkistan nümayəndə heyətinin rəhbərləri ölkələr arasında hərbi sahədə əməkdaşlığın hər iki ordunun inkişafına və daha da güclənməsinə xidmət etdiyini qeyd ediblər.

Görüşdə Azərbaycan-Özbəkistan hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlıq, eləcə də müdafiə sahəsində qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Azərbaycana rəsmi səfər çərçivəsində Özbəkistan nümayəndə heyəti, həmçinin Azərbaycan Ordusunun Baş Qərargahında tabelikdəki baş idarə və idarələrin əsas fəaliyyət istiqamətləri ilə tanış olub, qonaqları maraqlandıran suallar cavablandırılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
37
18
reyting.az

10Mənbələr