AZ

ABŞ Ukrayna üçün “silahsızlaşdırılmış zona” modelini təklif edib

ABŞ Ukraynadakı sərhəd məsələsinin həlli üçün silahsızlaşdırılmış zona modelini təklif edib.

AzPost-un məlumatına görə, bu barədə “The Washington Post” qəzeti mənbələrə istinadən xəbər verir.

Qəzetin məlumatına görə, zona gələcək atəşkəs xətti boyunca uzana bilər. Onun arxasında ağır silahların istifadəsinin qadağan olunduğu geniş ərazilərin ayrılması təklif edilir. Vaşinqton bu yanaşmanı Kiyevə göndərilən üç sülh planı sənədində qeyd edib. Mənbələr planın “Koreya modeli”ni – ayırıcı xətt boyunca ciddi nəzarət altında olan təhlükəsizlik zonasını xatırlatdığını vurğulayır.

“The Washington Post” qəzeti xatırladır ki, ilkin 28 bəndlik Amerika planı Kiyevi və onun Avropa tərəfdaşlarını narazı salıb. Noyabr və dekabrın əvvəlləri ərzində tərəflər Cenevrədə, Floridada və Moskvada bir sıra məsləhətləşmələr keçiriblər. Prezident Vladimir Putinin ABŞ-ın xüsusi elçisi Stiv Vitkov və Cared Kuşnerlə görüşüb. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov danışıqları konstruktiv adlandırıb və ərazi məsələsi də daxil olmaqla müxtəlif sülh planı variantlarının müzakirə olunduğunu bildirib.

8 dekabrda Zelenski Ukraynanın təkliflərinin yenilənmiş versiyasını ABŞ-a təqdim etməyə hazır olduğunu bildirib. O, sənədin 28 bənddən 20 bəndə qədər qısaldıldığını, lakin ərazi komponenti ilə bağlı hələlik razılığa gəlinmədiyini söyləyib.

AzPost.az

Seçilən
61
1
azpost.info

1Mənbələr