AZ

Sankt-Peterburqda Pravoberejni bazarında güclü yanğın: partlayış səsləri eşidilir – VİDEO – FOTO – YENİLƏNİB

İlkin məlumatlara görə, yanğının sahəsi artıq 1500 kvadratmetrə çatıb. Hadisə nəticəsində bir nəfərin xəsarət aldığı bildirilir. Xəsarət alan şəxsə təcili tibbi yardım göstərilib.
NOCOMMENT.az xəbər verir ki, yanğının sürətlə yayılmasına binanın daxilindəki yüksək yanğın yükü – yəni asan alışan materialların çoxluğu səbəb olur. Bu da alovun qısa müddətdə geniş əraziyə keçməsinə şərait yaradıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin 96 nəfərlik şəxsi heyəti və 6 xüsusi texnika cəlb olunub. Yanğına yüksək mürəkkəblik dərəcəsi verilib. Operativ xidmətlər hazırda vəziyyətə tam nəzarət edir, alovun digər obyektlərə keçməsinin qarşısı alınmağa çalışılır.
Yanğının başvermə səbəbləri araşdırılır.
***
Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən Pravoberejni bazarında güclü yanğın baş verib. Rusiya KİV-in məlumatına görə, hadisə zamanı ardıcıl partlayış səsləri də eşidilib. İlkin ehtimallara əsasən, partlayışlara bazar ərazisində olan qaz balonlarının detonasiyası səbəb olub.
NOCOMMENT.az xəbər verir ki, yanğının yayıldığı sahə artıq 800 kvadratmetrə çatıb. Alovun qısa zamanda geniş əraziyə yayılması səbəbilə hadisə yerinə çoxsaylı yanğınsöndürmə briqadaları və təcili yardım qrupları cəlb edilib.
Hazırda ərazidə söndürmə və təhlükəsizlik tədbirləri davam etdirilir. Yanğın nəticəsində xəsarət alanların olub-olmaması ilə bağlı hələlik rəsmi açıqlama verilməyib. Hadisənin başvermə səbəbləri araşdırılır.

Seçilən
35
50
nocomment.az

10Mənbələr