AZ

Milli Gimnastika Arenasında idman gimnastikası üzrə “Rektor Kuboku” keçirilib FOTO

Milli.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Dekabrın 10-da Milli Gimnastika Arenasının köməkçi zalında Azərbaycan Gimnastika Federasiyası və Azərbaycan İdman Akademiyasının birgə təşkilatçılığı ilə idman gimnastikası üzrə "Rektor Kuboku" yarışları baş tutub.

Milli.Az xəbər verir ki, yarışda akademiyanın bakalavriat səviyyəsinin birinci kursunda təhsil alan tələbələrdən ibarət 16 komanda iştirak edib.

"Tərtər", "Ağdərə", "Bərdə", "Qubadlı", "Şuşa", "Xocalı", "Xocavənd", "Kəlbəcər", "Xankəndi", "Füzuli", "Hadrut", "Horadiz", "Cəbrayıl", "Laçın", "Qəbələ" və "Şəki" komandalarının təmsilçiləri sərbəst hərəkətlər, halqalar və turnik üzərində çıxış edərək həm fərdi, həm də komanda hesabında mübarizə aparıblar.

Qalib gimnastlar medal və hədiyyələrlə təltif olunublar.

Qeyd edilib ki, Azərbaycan Gimnastika Federasiyası ilə Azərbaycan İdman Akademiyası arasında gimnastikanın inkişafı istiqamətində bu günə qədər bir sıra layihələr uğurla həyata keçirilib. "Rektor Kuboku" yarışının əsas məqsədi isə gimnastika vasitəsilə müxtəlif fakültələrdə təhsil alan tələbələrin təcrübəsinin artırılması və hazırlıq səviyyəsinin gücləndirilməsidir.

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
30
2
news.milli.az

3Mənbələr