AZ

BVF Çinin iqtisadi artım proqnozunu yüksəldib

ain.az, Banco.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Müəllif: Tamara Mustafayeva, Banco.az

Beynəlxalq Valyuta Fondu (BVF) Çin iqtisadiyyatının artım proqnozlarını 2025-ci il üçün 4,8 faizdən 5 faizə, 2026-cı il üçün isə 4,2 faizdən 4,5 faizə qaldırıb.

Banco.az xəbər verir ki, Beynəlxalq Valyuta Fondu (BVF) BVF heyətinin IV Maddə üzrə məsləhətləşmələr çərçivəsində Çinə səfərindən sonra ilkin nəticələri bölüşüb.

BVF Çinin iqtisadi artımını 2025-ci ildə 5 faiz, 2026-cı ildə isə 4,5 faiz proqnozlaşdırdığını bildirib. Əvvəlki qiymətləndirmələr 2025-ci il üçün 4,8 faiz, 2026-cı il üçün isə 4,2 faiz idi.

Bu qiymətləndirmələr oktyabr ayında dərc edilmiş Dünya İqtisadi Perspektivlər hesabatındakı proqnozlarla müqayisədə müvafiq olaraq 0,2 və 0,3 faiz bəndi artım istiqamətində düzəlişləri əks etdirir. Bəyanatda bu artımın makroiqtisadi siyasət stimulunun müsbət qarşılanması, eləcə də Çin ixracına gözləniləndən aşağı tariflərlə əlaqələndirilir.

Ən yüksək faiz verən depozit hansı bankdadır?

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
1
banco.az

2Mənbələr