AZ

Pəhrizə 3 ədviyyat əlavə etmək bağırsaq sağlamlığınıgücləndirir

Yeni elmi araşdırma gündəlik pəhrizə bəzi ədviyyatların əlavə olunmasının bağırsaq sağlamlığına müsbət təsir göstərdiyini ortaya çıxarıb.

Redaktor.az "ScienceDirect" jurnalına istinadən xəbər  verir ki, alimlərin açıqlamasına görə, zərdəçal, zəncəfil və kəkotunda yüksək səviyyədə polifenollar mövcuddur və bu maddələr bağırsaq mikroflorasında faydalı bakteriyaların sayını artırır, zərərli bakteriyaları isə azaldır.

Tədqiqatçılar bildiriblər ki, bu ədviyyatların müntəzəm istifadəsi həzm sisteminin yüngülləşməsinə, iltihabi proseslərin azalmasına və immunitetin möhkəmlənməsinə kömək edə bilər. Mütəxəssislərin sözlərinə görə, yeməklərə zərdəçal, içkilərə təzə zəncəfil və salatlara kəkotu əlavə etmək bağırsaq sağlamlığı üçün faydalıdır. Araşdırma göstərir ki, pəhrizdə kiçik dəyişikliklərlə belə bədənin ümumi sağlamlıq göstəricilərində nəzərəçarpacaq irəliləyiş əldə etmək mümkündür.

Xədicə BAXIŞLI

Seçilən
37
1
redaktor.az

2Mənbələr