AZ

Cənubi Afrika sahillərində minlərlə pinqvin tələf oldu

Son 10 ildə Cənubi Afrika sahillərində təxminən 62000 Afrika pinqvini tələf olub. Metbuat.az xəbər verir ki, pinqvinlərin acından öldüyü bildirilir. Bildirilir ki, elmi araşdırma iqlim dəyişikliyi və intensiv balıqçılıq fəaliyyətlərinin pinqvin populyasiyasını son illərdə 95 faiz azaltdığını ortaya qoyub. Məlumata görə, bu azalma yalnız Cənubi Afrika ilə məhdudlaşmır və Afrika pinqvinləri son 30 ildə qlobal miqyasda təxminən 80 faiz azalıb. Bildirilir ki, Afrika pinqvinləri hər il təxminən 20 gün quruda qalaraq, bu vaxtı tük tökməklə keçirirlər. Bu müddət ərzində qidalana bilmədikləri üçün əvvəlcədən kifayət qədər yağ ehtiyatı toplamaları vacibdir.

Lakin, 2004-2011-ci illər arasında onların əsas qida mənbəyi olan sardina ehtiyatları təxminən 25 faizinə qədər azalıb.

Seçilən
41
3
metbuat.az

4Mənbələr