AZ

Evində "yolka" quranlara xəbərdarlıq

Yeni il dekorasiyaları evlərə bayram əhval-ruhiyyəsi gətirsə də, ev heyvanları üçün ciddi təhlükə mənbəyi ola bilər.

Milli.Az xəbər verir ki, bunu rusiyalı baytarlıq sahəsi üzrə elmləri doktoru və professor Andrey Rudenko deyib. O xəbərdarlıq edib ki, parlaq tinsel (zər)və bəzəklər pişiklər və itlər üçün cəlbedicidir. Lakin udduqda uzun ip parçaları bağırsaq tıxanmasına və ya perforasiyaya səbəb ola bilər. Belə hallar isə cərrahi müdaxilə tələb edir və gecikmə heyvan üçün həyati təhlükə yaradır.

Professor həmçinin şüşə bəzəklərin və elektrik işıqlarının risklərinə diqqət çəkib. Qırılan şüşə parçaları heyvanın pəncəsini və ağızını kəsə, udulması halında daxili qanamalara səbəb ola bilər. Elektrik kabellərini çeynəyən heyvan isə ağız yanıqları, ürək və tənəffüs problemləri ilə üzləşə bilər. Rudenko ev heyvanlarının təhlükəsizliyi üçün dekorasiyaları heyvanların çatmayacağı yerlərdə saxlamağı, şüşə bəzəklərdən uzaq durmağı və kabelləri qoruyucu qutularda saxlamanı tövsiyə edib. Həmçinin yerə düşmüş dekorasiyaları dərhal yığmaq vacibdir.

Əgər heyvan tinsel və ya bəzək parçasını yutubsa, qusursa, halsızdır, ağrı çəkirsə və ya yeməkdən imtina edirsə, dərhal baytara müraciət edilməlidir.

İsmayıl
Milli.Az

Seçilən
1
3
milli.az

10Mənbələr