AZ

"Real Madrid" məşhur futbolçu ilə yollarını ayırmaq qərarına gəldi

"Real Madrid" rəhbərliyi müdafiəçi David Alaba ilə yolları ayırmaq qərarına gəlib.

Ölkə.az bildirir ki, bu barədə məlumatı insayder Fabritsio Romano öz sosial şəbəkə hesablarında verib.

Onun məlumatına əsasən, 33 yaşlı futbolçu cari mövsüm bitəndə - yəni müqaviləsi başa çatdıqda Madrid klubunu tərk edəcək.

Qeyd edək ki, Alabanın bazar dəyəri 4 milyon avro təşkil edir.

Real Madrid məşhur futbolçu ilə yollarını ayırmaq qərarına gəldi.(oxu.az)

Seçilən
15
2
olke.az

3Mənbələr