ain.az bildirir, Axar.az saytına əsaslanaraq.
İsveçin paytaxtı Stokholmda Nobel mükafatlarının təntənəli təqdimetmə mərasimi keçirilib.
Kult.az Publika.az-a istinadən xəbər verir ki, mərasim Nobel Fondunun sədri Astrid Söderberq Viddinqin çıxışı ilə başlayıb.
Musiqi proqramının müşayiəti ilə keçirilən mərasim zamanı Kral XVI Karl Qustav tərəfindən laureatlara medallar və diplomlar təqdim edilib.
İlk olaraq fiziklər Con Klark, Mişel H.Devore və Con M.Martinis mükafatlandırılıblar. Daha sonra kimya, fiziologiya və ya tibb, ədəbiyyat və iqtisadiyyat üzrə laureatlar təltif olunublar.
Mərasimə ilk dəfə olaraq müxtəlif məktəblərin yuxarı sinif şagirdləri də mərasimə dəvət olunublar.
Mərasimdən sonra iştirakçıları Stokholm Bələdiyyə Binasında Nobel menyusu, əyləncə proqramı və rəqsçilər qarşılayıb.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.