AZ

Polis gücləndirilmiş iş rejimində çalışır

Yazını böyüt
Yazını kiçilt

Davam edən yağmurlu hava şəraiti ilə əlaqədar olaraq Bakı və Sumqayıt şəhərləri, eləcə də respublikanın digər bölgələrində polis əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparırlar.

Bu barədə hafta.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, intensiv şəkildə davam edən yağışla bağlı vətəndaşların təhlükəsizliyinin təmini məqsədilə polis naryadları küçə və prospektlər boyu xidmətə cəlb ediliblər. Nəqliyyatın hərəkəti Yol Patrul, Post Patrul Xidməti və digər əməkdaşlar tərəfindən tənzimlənir, sürücü və piyadalarla profilaktik iş aparılır. Ehtiyacı olan vətəndaşlara kömək göstərilir, onların mənzil başına təhlükəsiz çatmaları təmin olunur. Küçə və prospektlərdə polisin müşayətilə təhlükəsizlik tədbirləri davam edir.

Seçilən
110
27
hafta.az

10Mənbələr