AZ

“Qarabağ”- “Ayaks” matçının ən yaxşı futbolçusu o seçildi

BAKI, 11 dekabr. TELEQRAF

Çempionlar Liqasının Liqa mərhələsinin 6-cı turunun “Qarabağ”- “Ayaks” oyunun (2:4) ən yaxşı futbolçusu müəyyənləşib.

Teleqraf xəbər verir ki, UEFA texniki qrupunun qiymətləndirməsinə əsasən, bu ada “Ayaks”ın israilli yarımmüdafiəçisi Oskar Qlux layiq görülüb.

21 yaşlı futbolçu bu matçda komandasının 2 qolunun (79, 90) müəllifi olub.

Seçilən
21
3
teleqraf.com

7Mənbələr