AZ

Qurban Qurbanov Nərimanla bağlı danışdı

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Nərimanla bağlı danışıb. Metbuat.az xəbər verir ki, o, "Qarabağ" - "Ayaks" oyunundan sonra təşkil olunan mətbuat konfransında Nərimanın çox müzakirə olunduğunu ifadə edib. Qurban Qurbanov, “Həmişə futbolçularımın yanındayam, indi də elədir. Kamilo Duran nə qədər sprint etdi, nə qədər güc sərf etdi. Yorulmuşdu. Azarkeşlərin narazılığı ilə bağlı konkret cavabım yoxdur. Nəriman daha yaxşı oynaya bilərdi. Təkcə o yox, sonradan meydana daxil olan futbolçular da”, - deyə bildirib.

Qeyd edək ki, "Qarabağ" - "Ayaks" oyunu 2:4 hesabı ilə başa çatıb.

Seçilən
35
metbuat.az

1Mənbələr