AZ

Ceyhun Bayramov Macarıstana işgüzar səfərə getdi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 10 dekabr 2025-ci il tarixində Macarıstana işgüzar səfərə yola düşüb.

 

Senzor.az bildirir ki, bu barədə Xarici İşlər Nazirliyinin "X" hesabında məlumat paylaşılıb.

 

Qeyd olunub ki, səfər çərçivəsində 11 dekabr tarixində Azərbaycan-Macarıstan Strateji Dialoqunun üçüncü iclasının, nazir Ceyhun Bayramov ilə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto arasında və digər yüksək vəzifəli rəsmi şəxslərlə görüşlərin keçirilməsi nəzərdə tutulub.

Seçilən
78
28
senzor.az

10Mənbələr