AZ

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

Lent az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Fransa Prezidenti Emmanuel Makron ölkədə 15–16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsinin qadağan edilməsinin vacib olduğunu bildirib.Lent.az xəbər verir ki, bu barədə Le Figaro məlumat yayıb.

Prezidentin sözlərinə görə, bütün sosial şəbəkələrdə istifadəçilərin yaşının yoxlanılması məcburi olacaq və aşağı yaş həddi 15–16 yaş səviyyəsində müəyyən ediləcək.Bu yaşdan kiçik uşaqlar və yeniyetmələrin sosial şəbəkələrə daxil olması qadağan ediləcək.

Makron əlavə edib ki, hökumət müvafiq qanun layihəsini gələn ilin əvvəlində təqdim edəcək və o, bu layihənin 2027-ci ildə prezidentlik müddəti başa çatana qədər qəbul olunmasına nail olmaq niyyətindədir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
49
2
lent.az

3Mənbələr