AZ

ABŞ Nümayəndələr Palatası hərbi müdafiəyə dair 901 milyard dollarlıq qanun layihəsini təsdiqləyib

Vaşinqton, 11 dekabr, AZƏRTAC

ABŞ Nümayəndələr Palatası hərbi müdafiəyə dair 901 milyard dollarlıq qanun layihəsini təsdiqləyib.

AZƏRTAC-ın məlumatına görə, Milli Müdafiə Aktı adlanan qanun layihəsi 312 lehinə, 112 əleyhinə səs qazanmaqla aşağı palatada keçib. Növbəti il üçün müdafiə prioritetlərini müəyyən edən ikipartiyalı qanun layihəsi hərbçilərin əmək haqqını artırmağı, Ukraynaya müəyyən hərbi yardım göstərməyi, ABŞ-ın Çinə investisiyalarını məhdudlaşdırmağı və Suriyaya qarşı sanksiyaları tamamilə ləğv etməyi və digər məsələləri nəzərdə tutur.

Nümayəndələr Palatasının və Senatın liderləri artıq qanunla bağlı öz versiyalarını vahid danışıqlar paketində birləşdiriblər. Bu da o deməkdir ki, sənəd Senatda rahat şəkildə müzakirə olunmalı və Prezident Donald Trampın masasına çatdırılmalıdır.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Seçilən
70
1
azertag.az

2Mənbələr