İranın xarici işlər naziri Abbas Əraqçinin Rusiyaya rəsmi səfərinin tarixi məlum olub.
Publika.az xəbər verir ki, İran XİN başçısının Moskvaya səfəri 16-17 dekabr tarixlərinə planlaşdırılıb.
Qeyd edək ki, dekabrın 7-də Əraqçinin Rusiya və Belarus hakimiyyəti ilə danışıqlar aparmaq niyyətində olduğu, davam edən məsləhətləşmələr çərçivəsində gələn həftə Moskva və Minskə səfər etməyi planlaşdırdığı açıqlanmışdı.