AZ

“Fənərbağça”nın üzvü “Trabzonspor”a keçə bilər

"Fənərbağça"nın futbolçusu İrfan Can Kahveci Super Liqada klubunu dəyişə bilər.

Paralel.az xəbər verir ki , "Trabzonspor" türkiyəli vingeri transfer etmək istəyir. Bu barədə "Fanatik" nəşri məlumat yayıb.

Qara Dəniz təmsilçisi İrfan Canı satınalma bəndi ilə icarəyə götürməyi planlaşdırır. Bu haftə 30 yaşlı ön xətt oyunçusunun transferi ilə bağlı iki klubun prezidenti arasında görüş keçiriləcək.

Qeyd edək ki, İrfan Can Kahveci "Fənərbağça"nın baş məşqçisi Domeniko Tedeskonun qərarı ilə əsas komandadan uzaqlaşdırılıb. Türkiyə millisinin üzvünün klubu ilə müqaviləsi 2028-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulub.

Seçilən
18
4
paralel.az

5Mənbələr