AZ

Donald Tramp Tailand və Kamboca liderləri ilə telefon danışığı aparacaq

ABŞ Prezidenti Donald Tramp cümə axşamı Tailand və Kamboca liderləri ilə telefon danışığı aparacağını bildirib.

Trend-in məlumatına görə, dövlət başçısı söhbətin əsas mövzusunun iki ölkə arasında atəşkəsin pozulması ilə bağlı vəziyyət olacağını qeyd edib.

"Düşünürəm ki, onları döyüşü dayandırmağa məcbur edə bilərəm. Bunu başqa kim edə bilər?", - deyə Tramp vurğulayıb.

O, dünyanın müxtəlif bölgələrində səkkiz müharibənin həllində iştirak etdiyini xatırladaraq, bəzən həmin münaqişələrin yenidən alovlandığını bildirib. Prezident hazırkı toqquşmanı da təkrar dayandıracağına inandığını əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
11
2
olaylar.az

3Mənbələr