Ötən gün Çempionlar Liqasında qeydə alınan nəticələrə əsasən ölkələrin reytinqi yenilənib.
Fanat.Az-ın məlumatına görə, Azərbaycan çempionu "Qarabağ" ötən gecə Bakıda "Ayaks"a uduzaraq (2:4) bu dəfə ölkəmizin xal ehtiyatını artıra bilməyib.
Nəticədə Azərbaycanın cari mövsümkü reytinqi 5,125-də, son 5 ildəki göstəricisi isə 22.250-də qalıb. Ölkəmizin reytinq sıralamasındakı mövqeyi də dəyişməyib - 26-ci yer.
Bir addım öndə olan Ukraynanın 22.350, təqibçimiz Sloveniyanın isə 22.218 əmsalı var.
Qeyd edək ki, UEFA reytinqinə İngiltərə (102.672) başçılıq edir.