AZ

Tovuzda zəncirvari qəza - FOTOLAR

Tovuzda qəza olub.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Düzcırdaxan kəndində baş verib. Belə ki, hərəkətdə olan "VAZ-2107" markalı minik maşını idarəetmədən çıxıb. Nəticədə "VAZ" yol kənarında dayanan iki "Mercedes", "VAZ-21011" və "Chevrolet" markalı avtomobillərə çırpılıb.

Qəza zamanı "VAZ-2107" sürücüsü xəsarət alıb. Əraziyə DYP əməkdaşları cəlb edilib.

Fakt araşdırılır.

Tural Əhmədov

Seçilən
30
10
unikal.az

10Mənbələr