AZ

Mətanət sürücülərdən şikayətləndi: "Söyüş yiyəsi olmayın"

Aparıcı Mətanət Əliverdiyeva "Xəzər axşamı" verilişində piyadalara su sıçradan sürücülərdən şikayətlənib.

Ölkə.az xəbər verir ki, aparıcı bu gün işə gedərkən xoşagəlməz hadisənin şahidi olduğunu bildirib:

"Mədəniyyətli sürücü olmaq lazımdır. Bu gün gözümlə şahid oldum. Sürücü yol kənarındakı gölməçənin yanından keçərkən suyu səkidə hərəkət edən məktəbli uşaq və anasının üzərinə sıçratdı. O uşağın yerinə elə pis oldum ki... Uşaq və anası donub qaldı. Söyüş yiyəsi olmayın, oradan yavaş keçmək mümkündür axı. Yazıq deyil o insanlar?".

Qeyd edək ki, piyadaların üzərinə su sıçradan sürücülər aşkar edildiyi təqdirdə barələrində İXM-nin 342.1.5 maddəsi ilə inzibati tənbeh tədbirləri tətbiq edilir.

Seçilən
13
4
olke.az

5Mənbələr