Bu yer kinosevərlərə həm içəridə, həm də çöldə həzz almaq üçün çox şey təklif edir.
QHT.az xəbər verir ki, İngiltərənin Northumberland bölgəsində yerləşən Alnwick şəhəri turistlərə nağılvari atmosfer yaşadan məşhur Alnwick Castle ilə tanınır. Qala “Harry Potter” filmlərində Hoqvartsın çəkiliş məkanı olub və ziyarətçilər burada filmdəki kimi süpürgə ilə “uçma” dərslərində iştirak edə bilirlər. Qalanın yanında 4000-dən çox bitki növü, o cümlədən dünyanın ən böyük Taihaku albalısı kolleksiyasını təqdim edən xüsusi bağ yerləşir.
Bundan başqa, İspaniyanın Mazarron şəhəri ucuz istirahət imkanları ilə seçilir və ölkədə inşa edilərək heç vaxt tam fəaliyyətə başlamayan 1,1 milyard avroluq hava limanı ilə gündəmə gəlib.
R.İmanov