AZ

Tezliklə “BakuBus” Naxçıvan şəhərində xidmət göstərəcək

“BakuBus” MMC Naxçıvan şəhərində ictimai nəqliyyat xidmətinin təşkili üzrə işlər aparır.

Marja.az xəbər verir ki, bu barədə “BakuBus” MMC məlumat yayıb.

Yaxın gələcəkdə, Naxçıvan şəhərində ictimai nəqliyyat sistemində “BakuBus” avtobusları fəaliyyət göstərəcəkdir. 

Xatırladaq ki, Prezident İlham Əliyev "Naxçıvan şəhərində ictimai nəqliyyatın tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Sərəncam imzalayıb. Sərəncam ilə Naxçıvan şəhərinin ictimai nəqliyyat sistemində sərnişin daşımalarının yalnız elektrik mühərrikli avtobuslarla təşkili məqsədilə 60 ədəd elektrik mühərrikli avtobus alınması tapşırılmışdı. Bu məqsədlə “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinə 33 milyon 449 min manat vəsait ayrılmışdı. 

“BakuBus” MMC "AZCON Holding"ə daxil olan şirkətlərindən biridir. 

bakubusnaxçıvanictimainəqliyyatelektrikavtobuslarilhaməliyevsərəncamazconholdingsərnişindaşımalarınəqliyyatinfrastrukturreabilitasiyamodernləşmə33milyon449minelektromobilparkıavtobusşəbəkəsinaxçıvanşəhəridayanıqlınəqliyyat
Seçilən
26
1
marja.az

2Mənbələr