AZ

3 tona yaxın taxıl yandı

Gədəbəydə tövlədə yanğın olub. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, Gədəbəy rayonunun Novoivanovka kəndində ümumi sahəsi 170 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları, damına yığılan 4 ton ot bağlaması və tövlənin içərisində yığılan 2,5 ton taxıl yanıb.

Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Seçilən
24
2
bakivaxti.az

3Mənbələr