AZ

İstanbulda ikimərtəbəli binada yanğın - 3 uşaq öldü - VİDEO

Türkiyənin İstanbul şəhərinin Pendik rayonunda ikimərtəbəli binanın birinci mərtəbəsində yanğın baş verib.

Bizim.Media "TRT Haber"ə istinadən xəbər verir ki, yanğın zamanı evdə 4 uşaq olub.

Xəstəxanaya aparılan uşaqlardan üçünün həyatını xilas etmək mümkün olmayıb, birinin isə vəziyyəti ağırdır.

Məlumata görə, yanğın zamanı evdə uşaqlardan başqa heç kəs olmayıb.

Yanğının səbəbi barədə hələlik məlumat yoxdur.



Bizim.Media

Seçilən
27
3
bizim.media

9Mənbələr