AZ

Xarici sözlərin sürətli yayılması ekspertləri narahat edir

"Xarici sözlərin sürətlə yayılması gündəlik ünsiyyətdə ana dilimizin zəifləməsinə və yerli sözlərin unudulmasına səbəb ola bilər".

QHT.az xəbər verir ki, bu sözləri təhsil eksperti Əmrah Həsənli bildirib. Onun sözlərinə görə, Azərbaycan dili kifayət qədər zəngin və ifadə imkanları geniş olsa da, insanlar bəzən öz sözlərini işlətməyi unudur. Ekspert vurğulayıb ki, dilin qorunması məcburiyyətlə deyil, maarifləndirmə ilə mümkündür və media, məktəb mühiti, sosial şəbəkələr yerli sözlərin təşviqində daha fəal rol oynamalıdır:

"Dilə xarici təsir təbiidir, lakin milli sözləri gündəlik danışıqda işlətmək hər kəsin üzərinə düşən bir məsuliyyətdir".

 

Seçilən
68
qht.az

1Mənbələr