AZ

"Ayaks"ın qələbəsi Niderlandda "möcüzə" adlandırıldı! - "gözlərimə inana bilmədim"

"Qarabağ" Çempionlar Liqasının liqa mərhələsinin 6-cı turu çərçivəsində Bakıda keçirilən oyunda "Ayaks"a uduzdu - 2:4.

Bilindiyi kimi, matçın favoriti "köhlən atlar" idi. Nəinki ölkəmizdə, rəqibin təmsil etdiyi Niderlandda belə demək olar ki, hamı Qurban Qurbanovun komandasının qələbə qazanacağına inanırdı. Lakin "ağ-qırmızılar" liqa mərhələsinin ilk xallarını "Tofiq Bəhramov"da qazandı.

"Football-plus.az" xəbər verir ki, vaxtilə Niderland millisinin də formasını geyən veteran futbolçu Vim Keft amsterdamlıların qalibiyyətini bu cür dəyərləndirib:
"Ayaks"ın "Qarabağ"ı məğlub etməsi məni çox təəccübləndirdi. Gözlərimə inana bilmədim. Start heyətində və zədəli futbolçuların çoxluğuna görə "Qarabağ"ın "Ayaks"a ciddi çətinliklər yaşadacağını düşünürdüm. Amma "Ayaks" möcüzəvi şəkildə qalib gəldi. Bəli, bu, komandamız üçün əla nəticədi. Ancaq realist olmalıyıq. Rəqib əla vəziyyətdə deyildi. Yəni "Ayaks" özünə həddindən artıq inanmamalıdı".
KƏNAN BAHADIR
Seçilən
105
1
football-plus.az

2Mənbələr