AZ

Kolumbiya lideri Petro Trampa sərt cavab verdi: “Onun Kolumbiya haqqında tamamilə yalan məlumatı var”

“ABŞ prezidenti Donald Tramp Kolumbiya barədə tamamilə yanlış məlumatlara malikdir”.

Editor.az xəbər verir ki, bunu Kolumbiyanın prezidenti Qustavo Petro sosial şəbəkədə açıqlayıb.

Petro həmçinin Venesuela prezidenti Nikolas Maduronu “keçid hökuməti” formalaşdırmağa çağırıb. O, Trampın “dərsini almadığı təqdirdə böyük problemlərlə üzləşəcəyi” yönündəki fikirlərinə cavab olaraq bildirib ki, Kolumbiya narkotiklərlə mübarizə sahəsində tarixinin ən genişmiqyaslı əməliyyatlarını həyata keçirir və Tramp yanlış məlumatlandırılıb.

Tramp son açıqlamasında Kolumbiyanı kokain fabrikləri işlətməkdə ittiham edib və Petronun növbəti hədəf ola biləcəyini söyləyib. Buna cavab olaraq Petro Trampa sərt reaksiya verib: “Kokain alverində ən çox təcrübəyə malik olan ölkənin məlumatlarına məhəl qoymaması təəssüf doğurur. Görünür, ona məlumat verənlər Trampı tamamilə yanıltırlar”.

Ölkənin təhlükəsizlik qüvvələrinin fəaliyyətinə dair detalları paylaşan Petro Trampın tənqidlərini “ədalətsiz” adlandırıb: “ABŞ prezidentinə çatdırılan bu dəhşətli dezinformasiya onu demokratik yolla seçilmiş prezident haqqında yolverilməz açıqlamalar verməyə sövq edir. Bu, əslində Kolumbiyaya hörmətsizlikdir”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
20
editor.az

1Mənbələr