AZ

ABŞ-da bu il deportasiya olunan miqrantların sayı AÇIQLANDI

2025-ci ilin əvvəlindən ABŞ 2,5 milyon nəfərə yaxın əcnəbini ölkədən deportasiya edib. Onlardan 1,9 milyon nəfəri “özünüdeportasiya” proqramı çərçivəsində ölkəni könüllü surətdə tərk edib, 600 minə yaxını isə məcburi qaydada ölkədən xaric edilib.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Daxili Təhlükəsizlik Nazirliyi
məlumat yayıb.

“600 min qanunsuz miqrant 365 gündən az müddət ərzində ölkəmizdən deportasiya edilib. “Özünüdeportasiya” proqramından istifadə edən 1,9 milyon nəfərlə birlikdə ABŞ-dən çıxan qanunsuz miqrantların ümumi sayı 2,5 milyonu ötüb”,- deyə məlumatda qeyd olunub.

Seçilən
39
2
paralel.az

4Mənbələr