AZ

"Qarabağ"ın ÇL-dəki vəziyyəti: Şans var?

UEFA Çempionlar Liqasında 6-cı tura və 2025-ci ilə yekun vurulub.

Publika.az xəbər verir ki, turnirdəki və avrokuboklardakı yeganə təmsilçimiz "Qarabağ" Bakıda "Ayaks"la qarşılaşıb. Ağdam təmsilçisi Niderland klubuna 2:4 hesabı ilə uduzaraq cari mərhələdə üçüncü məğlubiyyətini alıb.

6 oyundan sonra 7 xalı olan Qurban Qurbanovun rəhbərlik etdiyi komanda 22-ci sırada qərarlaşıb. Bu, pley-offa vəsiqə qazanmaq istəyən Ağdam klubu üçün turnir cədvəli baxımından təhlükəli mövqedir. Çünki "Qarabağ"ın 3 xal itirməsi fonunda aşağı sıralarda qərarlaşan bəzi komandalar vəziyyətlərini düzəldiblər.

İkinci turda məğlub etdiyimiz "Kopenhagen" (2:0) "Qarabağ"a çatıb. Turnirə ardıcıl 4 məğlubiyyətlə başlayan "Benfika" da toparlanıb. Kipr "Pafos"u və Belçika "Union"u da pley-off şanslarını qoruyur.

Yanvarda baş tutacaq 7-ci turda Bakıya səfər edəcək "Ayntraxt"ın belə "ilk 24-lüy"ə düşmək şansı qalır.

Seçilən
65
3
publika.az

4Mənbələr