AZ

Holand bütün qol rekordlarını qıracağına söz verdi

"Mançester Siti "Mançester Siti"nin hücumçusu Erlinq Holand qol rekordu ilə bağlı sualı cavablandırıb. 

Fanat.Az xəbər verir ki, norveçli futbolçu Çempionlar Liqasında "Santyaqo Bernabeu"da "Real Madrid"ə 2:1 hesabı ilə qalib gəldikləri oyunda penaltidən fərqlənib. 

O, Madriddəki qələbədən sonra "CBS Sports"a müsahibəsində bu barədə sualı belə cavablandırıb: 

"İngiltərə klub futbolunda bütün qol rekordlarını qıra bilərəmmi? Uzunmüddətli müqaviləm var. Oyundan həzz alıram, yaxşı oynayıram və əla komanda yoldaşlarım var. Cavabımı sətirlər arasında oxusanız, başa düşə bilərsiniz. Amma təvazökar qalmalı, hadisələri qabaqlamamalısan". 

Hazırda forvard Avropanın ən nüfuzlu klub yarışında 54 oyunda 55 qola sahibdir. Premyer Liqada o, 100 qol həddini bu yaxınlarda rekord sürətlə - cəmi 111 matçda keçib. 

“Mançester Siti” bazar günü Premyer Liqada “Kristal Pelas”la qarşılaşacaq.

Mirağa

Seçilən
2
2
fanat.az

3Mənbələr